Mobiloqrafiya — sosial media üçün dinamik videolar

Instagram Reels, TikTok və Stories üçün mobil video çəkilişləri. Brendinizə uyğun ideya, çəkiliş və montajla sosial mediada diqqət çəkən kontent yaradın.

Niyə vacibdir?

Instagram Reels və TikTok bizneslərə məhsul və xidmətlərini dinamik, maraqlı və rahat izlənilən formatda təqdim etmək imkanı yaradır. Düzgün hazırlanmış qısa videolar auditoriyanın diqqətini cəlb etməyə və brendinizlə marağı artırmağa kömək edir.

Mobiloqrafiyada əsas məsələ sadəcə telefonla video çəkmək deyil. Güclü ideya, düzgün ssenari, çəkiliş bucaqları və peşəkar montaj bir araya gəlməlidir. Digiway olaraq bütün prosesi sizin üçün təşkil edirik.

Xidmətə nələr daxildir

  • Video ideyaları və ssenarilərin hazırlanması
  • Instagram Reels və TikTok çəkilişləri
  • Məhsul və məkan videoları
  • Trendə uyğun montaj və altyazılar
  • Reklam üçün qısa video formatları
  • Musiqi və vizual effektlərin seçimi

Proses

Necə işləyirik

  1. 01

    İdeya və planlama

    Biznesinizə uyğun video mövzuları və ssenarilər hazırlayırıq.

  2. 02

    Çəkiliş

    Planlaşdırılmış ideyaları mobil formatda lentə alırıq.

  3. 03

    Montaj və təhvil

    Videoları montaj edir, paylaşım və reklam üçün hazırlayırıq.

Kimlər üçün uyğundur

  • Restoran, kafe və şirniyyat evləri
  • Gözəllik salonları və klinikalar
  • Geyim və aksesuar mağazaları
  • Təhsil və təlim mərkəzləri

Suallar

Mobiloqrafiya haqqında suallar

Mobiloqrafiya ilə peşəkar video çəkilişin fərqi nədir?

Mobiloqrafiya mobil telefonla sosial media üçün dinamik və təbii videoların hazırlanmasıdır. Peşəkar video çəkiliş isə xüsusi kamera, işıq və texniki avadanlıqlarla həyata keçirilir. Hər iki xidmətin məqsədi və istifadə sahəsi fərqlidir.

Ayda neçə video hazırlanır?

Video sayı seçdiyiniz xidmət paketindən asılıdır. Fərdi çəkiliş ehtiyacları üçün əlavə təklif də hazırlaya bilərik.

Videolarda kim çəkilir?

Videolarda siz, əməkdaşlarınız, məhsullarınız və ya məkanınız yer ala bilər. Konsepti biznesinizə və çəkiliş məqsədinə uyğun müəyyən edirik.

Əlaqə

Pulsuz konsultasiya alın

Formu doldurun, komandamız iş günü ərzində sizinlə əlaqə saxlasın. Daha sürətli əlaqə üçün WhatsApp vasitəsilə bizə yaza bilərsiniz.

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur.

Digər xidmətlər

Bunlar da sizə lazım ola bilər

Peşəkar foto və video çəkiliş

Brendinizi peşəkar foto və video çəkilişlə daha cəlbedici təqdim edirik. Keyfiyyətli vizuallar müştərilərdə etibar yaradır və biznesinizi seçilməyə kömək edir.

Ətraflı: Peşəkar foto və video çəkiliş →

Kontent ideyaları və plan

Auditoriyanıza uyğun satış yönümlü kontent ideyaları, Reels ssenariləri və aylıq paylaşım planı. Hər paylaşımınızın bir məqsədi olsun.

Ətraflı: Kontent ideyaları və plan →

SEO xidməti

Saytınızın Google axtarışında yuxarı sıralarda çıxması üçün texniki SEO, açar söz araşdırması və məzmun optimallaşdırması. Reklamsız, davamlı müştəri axını.

Ətraflı: SEO xidməti →